Qanunsuz ov edən Bakı sakinləri saxlanılıb


12:39     24 Sentyabr 2018 2018/09/ovcu_1537536158.jpg

Sentyabrın 22-də qanunsuz ov etdiklərinə görə 3 nəfər saxlanılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Nicat Balayarov, Əhməd Əlizadə və Nazim Balayev olduqları müəyyən edilib. Onlardan “ATA ARMS”, “İJ-58” və “Özkan arms” markalı 3 ədəd ov tüfəngləri və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 735