Gəncər üçün “WikiCamp” keçirilib - FOTO


15:08     24 Sentyabr 2018 2018/09/vikic-4613345172_4613362206.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “ProDemos” İctimai Birliyi tərəfindən həyata keçirilən “WikiCamp 2018” – gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi layihəsi çərçivəsində 12 - 15 iyul 2018-ci il tarixlərində Quba rayonunda yerləşən Asan Xidmət mərkəzində təlimlər təşkil olunub.




Təlimlər zamanı iştirakçılara Vikipediya platforması haqqında geniş məlumat verilib və Vikipediyada sərbəst işləmə qaydaları praktiki şəkildə öyrədilib.

Təlimin növbəti günlərində iştirakçılar artıq Vikipediyada sərbəst şəkildə işləyərək, öyrəndikləri bilik və bacarıqları sınaqdan keçiriblər. Həmçinin, bu müddət ərzində Qubanın tarixi – mədəni abidələrinə, o cümlədən, Qırmızı Qəsəbəyə səyahət təşkil olunub və iştirakçıların asudə vaxtının səmərəli keçirilməsi üçün müxtəlif intellektual oyunlar oynanılıb.







Femida.az

Açar sözlər:

Oxunub: 1131


Oxşar xəbərlər