Marşrutda itən uşaq valideynlərini tapdı


16:59     24 Sentyabr 2018 18_09_24_1537793990.jpg

Bakıda marşrut avtobusunda itkin düşən uşaq ailəsinə təhvil verilib.


4 yaşlı Yusifin atası Xamiq Seyidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, Sulutəpə qəsəbəsində yaşayırlar:

"Özüm "Şamaxinka"da işləyirəm, uşağı da gətirmişdim ki, parka apararam. Səhər biraz parkda oynadı, sonra öz yanıma gətirdim. Mən bu ərazidə 5-ci mərtəbədə işləyirəm. Pilləkənləri nə vaxt düşübsə, xəbərim olmayıb. Küçədən marşruta minib deyib ki, Sulutəpəyə gedirəm, avtobus sürücüsü görüb təkdi, polisə təhvil verib.

Oğlumun sudurğası var, həm də dəcəldi. Ona görə nömrəmi kağıza yazıb cibinə qoymuşam, daim orada olur. Polislərə də deyib ki, atamın nömrəsi cibimdədir. Polis əməkdaşları zəng etdilər, gedib götürdüm. İndi uşaq yanımdadır, yaxşıdır".

Açar sözlər:

Oxunub: 1119


Oxşar xəbərlər