Azərbaycanda icra başçısı vətəndaşı məhkəməyə verdi - Çox it saxladığına görə
17:02 24 Sentyabr 2018
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı çox it saxlayan rayon sakininə qarşı iddia qaldırıb.
Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, başçı Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.
G.İslamov iddia ərizəsində qeyd edib ki, bu barədə qəsəbə sakinləri İcra Hakimiyyətinə müraciət edərək itlərin ətrafda narahatlıq və antisanitar şəait yaratdığını bildiriblər.
Bununla bağlı müvafiq orqanlar E.Mansurovun həyətinə baxış keçirib 300-dən çox it saxlanıldığını aşkar ediblər. Buna görə də həmin şəxs müəyyən olunan saydan artıq it saxladığı üçün Xəzər Rayon 1-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsinə (it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına) görə 200 manat cərimə olunub.
Hazırda G.İslamovun E.Mansurova qarşı iddia ərizəsində Xəzər Rayon Məhkəməsində baxılır. Prosesin ilkin hazırlıq iclası keçirilib. Baxış iclası isə sentyabrın 28-nə təyin edilib.
Oxunub: 1606
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib