Türkiyə ilə müqavilə imzalanacaq - Təcili pulköçürmə
12:58 27 Sentyabr 2018
“Azərpoçt” MMC-də Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndə heyəti ilə görüş keçirilib.
Femida.az xəbər verir ki, görüşün nəticəsi olaraq “Azərpoçt” MMC və PPT arasında yeni təcili pulköçürməsi sistemi vasitəsilə mübadilə aparılması üçün qarşılıqlı müqavilə imzalanması nəzərdə tutulub.
Yeni sistem üzrə aparılacaq alqı-satqı əməliyyatları, eləcə də, bağlamanın çatdırılması əlverişli rüsumla yalnız “Azərpoçt” MMC-nin və Türkiyə PTT-nin tabeli poçt məntəqələri tərəfindən reallaşdırılacaq.
Türkiyə və Azərbaycan arasında pulköçürmələrinin mübadiləsi, həmçinin digər beynəlxalq sistemlər (“Western Union”, “Zolotaya Korona”, “Contact”, “Universal Payment Transfer”) üzərindən həyata keçirilir.
Qeyd edək ki, 2010-cu ildən etibarən Türkiyə ilə “Azərpoçt” MMC arasında onlayn pulköçürmə sistemi vasitəsilə mübadilə aparılır.
Həyata keçirilməsi nəzərdə tutulan yeni layihə çərçivəsində, eyni zamanda, “Azərpoçt” MMC-nin emissiya etdiyi bütün növ beynəlxalq ödəniş kartlarının PTT-nin e-ticarət platformasında dəstəklənməsi planlaşdırılır.
Bununla yanaşı, layihə çərçivəsində PTT ilə birgə “MasterCard” loqolu “cobrand” kartlarının emissiya edilməsi, eləcə də sözügedən kartlarla platformada həyata keçirilən əməliyyatlar zamanı bonus proqramlarının işlənməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 520
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq