Ermənistanda gərginlik:Təhlükəsizlik Xidmətinin direktoru ailəsini xaricə qaçırdı


12:18     28 Sentyabr 2018 2018/09/6c11614a-8399-429f-84e9-1cf8245b869b_1538122922.jpg

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ailəsini və uşaqlarını bir neçə aydır ölkədən çıxarıb.


Məlumatı Ermənistanda çıxan “İrates” qəzeti yayıb.

Bildirilib ki, məlum telefon danışığının gizli şəkildə yazılışı aşkarlandıqdan sonra Artur Vanetsyan ailəsi ilə bağlı təhlükəsizlik porbleminin yarandığını bəyan etmişdi.

Qəzetin yazdığına görə, direktor təhlükəsizlik baxımından hökumətin bağ evinə köçüb:

“Artur Vanetsyan dar çərçivədə yaranmış vəziyyətdən narahat olduğunu gizlətməyib. O, ağır işi çiyninə götürdüyünü, bunun özünə və yaxın ətrafına başağrısı olacağını söyləyib”.(Report.az)

Açar sözlər:

Oxunub: 1628