Bakıda DƏHŞƏT! Nənə və nəvə qəzada öldü


12:51     29 Sentyabr 2018 2018/09/qeza-yeni_1538211367.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, sentyabrın 28-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi “Zil-130” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Güllü Salmanovanı və azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

Onlar xəstəxanaya yerləşdirilib, G.Salmanova və Aygün orada ölüblər. Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2525