İnternetlə bağlı qanun hazırlana bilər


14:31     01 Oktyabr 2018 18_10_01_1538389882.jpg


“İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır”.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, internet medianın hüququ əsasları qanunla tənzimlənməlidir.

“Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər”.

Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu xatırladan Ə. Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.

Femida.az

Açar sözlər: #internet   #qanun  

Oxunub: 706