Deputat Vergilər Nazirliyinə iradını bildirdi
16:56 01 Oktyabr 2018
“Tutaq ki, dövlət kino çəkilməsi üçün 1.5 milyon manat vəsait ayırır. Maliyyə vəsaiti kinostudiyaya çatmamış Vergilər Nazirliyi həmin məbləğin 300 min manatını əlavə dəyər vergisi kimi tutur. Kino çəkilər, gəlir olarsa, vergi də yığılar. Bir filmin vəsaitindən bu qədər vergi tutularsa, çəkilən filmin keyfiyyəti necə ola bilər?”
Femida.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat qeyd edib ki, bu məsələdə güzəştlər olmalıdır.
A.Abbas həmçinin mədəniyyət sahəsində olan ixtisarlardan da danışıb: “Şuşanın musiqi məktəbi və kollecini birləşdirdilər. Bundan başqa, Şuşanın mədəniyyət şöbəsini ləğv edib Sumqayıtdakı Regional Mədəniyyət İdarəsinə birləşdirdilər. Bu zaman 260 nəfər ixtisar edildi. Mədəniyyət sahəsində ixtisarlar çox gedir. Kəndlərdə kitabxanaları ləğv edirlər, işçiləri də ixtisar edirlər. Kənddə kitab oxumağa ehtiyac yoxdur, televiziyalarda seriallara baxacaqlar”.
Oxunub: 735
Oxşar xəbərlər
- Deputatların maaşı artırılır
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər
- Deputat şəhidlərin bacı və qardaşlarına müavinət verilməsini təklif edib
- Deputat: "Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz"
- Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır- DİN
- Deputata yeni vəzifə verildi
- Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək
- Deputatlar bu gün toplaşır - 9 məsələ müzakirə ediləcək
- Deputat ağacəkmə kampaniyası təşkil etdi