“Volterin Qarabağa buraxılmaması qəribədir” - Metyu Brayza


16:39     09 Oktyabr 2015 matt4.jpg

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən regiona buraxılmamasına münasibət bildirib.


Femida.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri bu qərarın qəribə olduğunu bildirib: “Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, işğal edilmiş Dağlıq Qarabağa nəzarət edən qüvvələrin bütün dünyada məşhur olan Robert Volterin regiona səfərinə icazə verməməsi qeyri-adi haldır”.

Qeyd edək ki, Volter sentyabrın 17-də cəbhə xəttinin Azərbaycan tərəfinə səfər edib. Lakin “Dağlıq Qarabağ” rejim onun bölgəyə gəlməsinə icazə verməyib.

Açar sözlər:

Oxunub: 862


Oxşar xəbərlər