Qobustan BƏDBƏXT HADİSƏ: 9 yaşlı oğlan faciəvi şəkildə öldü


12:17     02 Oktyabr 2018 2018/10/azyasli-qeza_1538468650.jpg

Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



DİN-dən Femida.az-a verilən məlumata görə, oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini – 9 yaşlı Ayxan Hüseynovu vurub və nəticədə azyaşlı hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1601