Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirildi


16:50     02 Oktyabr 2018 2018/10/282d8da3-5d37-4b10-9cc4-90987771b602_1538484326.jpg


İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçiriblər.

Femida.az-ın xəbərinə görə, Komitə sədri T.Hüseynov “Report”a bildirib ki, Baş İdarədə saxlanılan şəxslərlə görüşüblər: “Orada 3 nəfər saxlanılırdı. Onlardan ikisi təqsirləndirilən, bir isə şübhəli şəxs qismində tutulan şəxs idi. Onların üçü də vəkillə təmin olunub. Həmin şəxslər saxlanmadan və onlara qarşı rəftardan heç bir şikayət etmədilər”.

T.Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yerinin Avropa standartlarına cavab verdiyini də sözlərinə əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1380