Azərbaycanda 1346 hərbi sursat zərərsizləşdirilib - Son bir ayda
00:07 03 Oktyabr 2018
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sentyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursat (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, 2018-ci ilin sentyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göygöl, Xızı, Xocavənd, Şəmkir, Tərtər, Yevlax rayonları və Bakı, Gəncə, Lənkəran şəhərləri ərazisində 559,105 kv.m (55.91 ha) ərazi yoxlanılıb,1 346 PHS və 2 ədəd Piyada Əleyhinə Mina (cəmi 1,348 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 482 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
Agentlik tərəfindən indiyədək cəmi 530,613,274 kv.m (53.061,33 ha) ərazi təmizlənib, 799,643 ədəd mina və (PHS) tapılaraq zərərsizləşdirilib.
2018-ci ilin sentyabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 13 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 10 müraciət daxil olub. Müraciətlər əsasında 32,950 kv.m (3,3 ha) ərazi təmizlənib, 181 PHS aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
Femida.az
Oxunub: 696
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib