ABŞ İranla dostluq müqaviləsinə xitam verib
20:55 03 Oktyabr 2018
ABŞ İranla 1955-ci ildə imzalanmış dostluq müqaviləsinə xitam verib.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistlərə bildirib.
Ağ Evin rəsmisi BMT məhkəməsinin ABŞ-ı sözügedən müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırılması ilə bağlı qərarını əsassız sayıb: "İran BMT məhkəməsini siyasi və təbliğat məqsədləri üçün istifadə edir".
Qeyd edək ki, İranda İslam inqilabından bir il sonra, yəni 1980-ci ildə iki ölkə arasında diplomatik münasibətlər pozulub. Bu il may ayında ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İran, Çin, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya ilə imzaladıqları və İrana qarşı sanksiyaların ləğv olunması müqabilində nüvə proqramını təxirə salmasını nəzərdə tutan sazişdən birtərəfli qaydada çıxdıqlarını bildirmişdi. İran isə BMT məhkəməsində ABŞ-a qarşı iddia qaldırmışdı.
Oxunub: 1242
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb