Nobel sülh mükafatı siyasi təşkilata verildi


22:11     09 Oktyabr 2015 peace.jpg

Tunis Milli Dialoq Qrupu demokratiya sahəsində göstərdiyi xidmətlərə görə Nobe sülh mükafatına layiq görülüb.


Femida.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Tunisin Milli Dialoq Qrupu ölkə daxilində demokratiya sahəsində göstərdiyi xidmətlərə görə Nobel sülh mükafatına layiq görülüb.

Qeyd edək ki, Milli Dialoq Qrupu son bir neçə il ərzində Tunisin avtoritar dövlətdən demokratik dövlətə çevrilməsi uğrunda böyük nailiyyətlər əldə ediblər.

Bu mükafata layiq görüldüyü üçün həmin qrupa 970 min dollar məbləğində pul ödənəcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 863