Ağdaşdan Qəbələyə dəmir yolu xətti çəkilir


22:37     08 Oktyabr 2018 1421242800_baki-sumqayit-demir-yolu-yeniden-qurulacaq-cenubnews1.jpg

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir. Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda işlərə start verilib.

Femida.az bildirir ki, Qəbələyə yol Ləki stansiyasından dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Dəmir yolunun çəkilişi üçün tikinti materealları qərb və şimal-qərb bölgəsindən gətirilir.

Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda daglıq əraziyə düşür. Sözü gedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb, torpaq sahəsi ayrılıb və ərazidə işlərə start verilib.

Şahin Cavadovun sözlərinə görə, 43 km-lik bir xətli dəmir yolunun çəkilişi zamanı, 75 su otürücü, 14 tünel və körpü, yolun 15-ci km-də Ağdaş rayonu Qarağan-şıxlar kənd ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Hazırda dəmir yol xəttinin 14-cü km-də 27 metrlik körpünün inşası aparılır. /xezerxeber.az

Femida.az

Açar sözlər:

Oxunub: 1088