Türkiyə Suriya ilə sərhəddə böyük hərbi baza yaradır


21:11     09 Oktyabr 2018 turkiye%20femida%20ordu.jpg

Türkiyə Şimali Latakiya ilə sərhəddə yerləşən dağlıq ərazidə böyük hərbi baza yaratamaq üçün tikinti işlərinə başlayıb.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə hərbi baza yaratmaq üçün bölgədəki ən hündür zirvə olan Əl-Aqra zirvəsini seçib.

Suriya hərbi qaynaqları isə Ankaranın Şimali Latakiya sərhədində hasar tikintisinə başlaması ilə yanaşı, bölgəyə çoxlu sayda hərbi qulluqçu gətirildiyini də bildirir.

Yerli mənbələrin məlumatına görə, artıq Ankara Afrin ərazisindəki küçələrin adlarının dəyişdirilməsinə başlayıb.

Açar sözlər:

Oxunub: 443