Tunisin XİN başçısından Qarabağ AÇIQLAMASI


19:05     09 Oktyabr 2018 18_10_09_1539097495.jpg

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidirlər".

Bunu Tunisin xarici işlər naziri Xemayes Cinaoyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bügünkü iclası zamanı azərbaycanlı deputat Rəfael Hüseynovun sualına cavab olaraq bildirib.

“Tunis BMT-nin sənədləri ilə üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə hazırdır. Lakin Tunisin mövqeyi ondan ibarətdir ki, ölkələr problemlərini öz aralarında həll etməlidirlər. Tunis digər ölkələrin özünün daxili məsələlərinə qarışmasına imkan vermədiyi kimi, özü də digər ölkələrin daxili məsələlərinə qarışmır. Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini öz aralarında sülh yolu ilə həll etməlidirlər”, - o deyib.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 474


Oxşar xəbərlər