Polşadan Azərbaycana narkotik tərkibli həblər gətirən musiqiçiyə 8 il CƏZA


22:29     10 Oktyabr 2018 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Çingiz Muradovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Femida.az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ç.Muradov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, Ç.Muradov internet üzərindən Polşadan narkotik tərkibli həblər almaqda təqsirləndirilir. O, həbləri Bakıda poçtdan götürən zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Çingiz Muradov Musiqi Akademiyasında təhsil alıb və gitara ifaçısıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 537