Fransalı həmsədr İrəvana gedib


17:23     10 Oktyabr 2015 33a4ac4f-9304-40d7-9179-c26a676a766d_292.jpg


Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan İrəvanda ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andriö ilə görüşüb.

Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, tərəflər Azərbaycan-Ermənistan sərhədi və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Görüş zamanı gərginliyin artmasının yolverilməz olduğu və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə konstruktiv yanaşmanın və atəşkəs rejiminin saxlanılmasının vacibliyi vurğulanıb.

Açar sözlər:

Oxunub: 781