VIII Beynəlxalq Atatürk konfransı - Azərbaycanda


22:36     10 Oktyabr 2015 3bc8ab18-7661-4468-ad50-12b6013b3c2f.jpg

Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı oktyabrın 13-16-da ilk dəfə olaraq Gəncədə şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.


AMEA A. Bakıxanov adına Tarix İnstitutunun mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Azərbaycan və Türkiyənin müstəqillik günlərinə həsr olunan konfrans Tarix İnstitutu və Türkiyə Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransın açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, akademik Akif Əlizadə, professor Mehmet Ali Beyhan, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin başqanı Derya Örs, Türkiyə baş nazirinin köməkçisi Yıldırım Tuğrul Türkeş çıxış edəcəklər. 1920-ci ilin Gəncə üsyanı haqqında sənədli film göstəriləcək.

Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunub.

Konfransda xarici ölkələrdən 130-dan çox alim və rəsmi nümayəndə iştirak edəcək. 93 elmi məruzədən 25-i Azərbaycan tarixçiləri tərəfindən ediləcək.

Açar sözlər:

Oxunub: 911