Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!


18:24     13 Oktyabr 2018 2018/04/dovlet-q_1523608797.jpg

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək növbəti sınaq imtahanlarına qeydiyyat davam edir.

DİM-dən Femida.az-a verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə oktyabrın 20-də keçiriləcək sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq. Bu gün saat 15:00-a olan məlumata əsasən, sınaq imtahanlarında iştirak etmək üçün 13 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

Femida.az

Açar sözlər:

Oxunub: 256