İran Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik enerjisi idxal edəcək
19:06 14 Oktyabr 2018
İran 2019-cu ildən başlayaraq Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik enerjisi idxal edəcək.
Bu sözləri İranın energetika nazirinin müavini Homayun Hayeri yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu haqda razılaşma Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri ilə Moskvada keçirilən görüşdə əldə olunub.
Qarşılıqlı razılaşmaya əsasən Rusiya elektrik enerjisini Azərbaycana ötürəcək. Azərbaycan isə mövcud xətlərlə enerjini İrana verəcək.
H.Hayeri onu da nəzərə çatdırıb ki, Azərbaycanın elektrik enerjisini Rusiyadan İrana ötürmək üçün müasir standartlara cavab verən infrastrukturu var. (AzərTAc)
Femida.az
Oxunub: 377
Oxşar xəbərlər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranla İraq arasında diplomatik gərginlik artır
- İran Cəbrayılda xəstəxana tikəcək