Akkumlyator oğruları tutuldu - FOTO


11:25     15 Oktyabr 2018 2018/10/11j-(2)_1539588749.jpg

Bakıda mobil opetarorlara məxsus baza stansiyalarından akkumlyatorlar oğurlayan şəxslər saxlanılıb.



Femida.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyator naməlum şəraitdə oğurlanıb.

Oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar. Onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumlyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.





Femida.az

Açar sözlər:

Oxunub: 368


Oxşar xəbərlər