Aprel qazisi 16 gündür komadadır - TƏCİLİ XƏBƏR


15:45     17 Oktyabr 2018 2018/10/44389155_1934877536593680_1536041400682938368_n_1539776368.jpg

Aprel döyüşlərində başından ağır qəlbə yaraları almış Qoşqar Hacıyev ölüm ayağındadır.


Femida.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüylə aprel qazisi iki dəfə Türkiyəyə müalicəyə göndərilib. Sonuncu dəfə 2017-ci ilin martında başına stent yerləşdirilib. Tibbi qaydalara görə, qoyulan stent müəyyən müddətdən sonra dəyişdirilməlidir.

Qoşqar Hacıyevin qardaşı İlqar Hacıyevin Femida.az -a açıqlamasına görə, qardaşının başında olan stent dəyişdirilmədiyindən onun həyatı təhlükədədir. İlqar Hacıyev bildirib ki, qardaşı 16 gündür komadadır. Təcili müdaxilə olmasa, həyatla vidalaşa bilər.

İlqar Hacıyev mətbuat vasitəsi ilə aidiyyatı qurumlardan kömək istəyib. O, dəfələrlə Müdafiə Nazirliyinə müraciət etdiyini və hələlik lazım köməyi ala bilmədiyini bildirib.



Femida.az

Açar sözlər: #Müdafiə_nazirliyi   #Aprel_qazisi   #şəhid   #Qoşqar_Hüseynov  

Oxunub: 11057