" Turizm agentliyinin üzərinə ciddi məsuliyyət düşür " - Fuad Nağıyev


11:07     18 Oktyabr 2018 2018/10/fuad-nagiyev_1539846635.jpg

Turizmin sürətli inkişafı üçün bu gün Turizm agentliyinin üzərinə çox ciddi məsuliyyət düşür. Lakin bizimlə bərabər turizmlə əlaqəli digər qrumlarında fəaliyyəti önəmlidir".



Femida.az xəbər verir ki, bunu Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev 2018-ci ilin Milli Turizm Sammitində çıxış edərkən deyib. O, agentliyin 7 aylıq fəaliyyət müddətində ölkə başçısının etimadını doğrultduqlarını qeyd edib:

“Yeni yaranmış qurum olsaq da, turizmin inkişafında zəruri olan bütün sahələrə diqqət ayırırıq.
Turizmin inkişafı üçün ən önəmli faktorlardan birinə-xidmət sektoruna xüsusi diqqətimiz var.
Turizm sahəsində olan ən son statistik göstəriciləri örnək alaraq yeni hədəflər müəyyənləşdiririk. Bu sahə üzrə təhsilin yüksək səviyyəyə çatdırılması istiqamətində layihələr hazırlanır. Agentliyimiz tərəfindən bu və digər istiqamətlərdə önəmli addımlar atılacaq. Bir neçə dəqiqə sonra siz Azərbaycanın yeni Turizm brendi ilə tanış olacaqsınız. Bu sahədə ölkə başçısının , eləcə də vitse-prezidentimiz Mehriban Əliyevanın bizə ayırdığı diqqətə və etimada görə təşəkkür edirik.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 2248