Qanunsuz tikinti aparan 7 nəfər CƏRİMƏLƏNDİ
11:42 18 Oktyabr 2018
Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq sahələrinin təyinatı üzrə istifadəsi, ərazilərin zəbt olunması və hasarlanması, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir.
Komitdən Femida.az-a verilən xəbərə görə, aparılan reyd nəticəsində daha 7 şəxs cərimələnib. Məlum olub ki, Xaçmaz rayon sakini Həsən Zeynalov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə olunub.
Analoji hadisə Şamaxı rayonunda da aşkar edilib. Belə ki, rayonun Avaxıl bələdiyyəsinin ərazisində Yunis Qədimbəyli kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanunpozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.
Lənkəran rayonu, Liman şəhəri ərazisində Şahmar Məlikov tərəfindən torpaq sahəsinin qazılaraq münbit qatının korlanması halı aşkar edilib. Həmin şəxs barəsində inzibati protokol yazılaraq 600 manat cərimə tətbiq edilib. Yuxarıda qeyd edilənlərlə yanaşı daha bir neçə nəfər də cərimələnib, barələrində müvafiq tədbirlər görülüb.
"Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin olunur. Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilir. Qeyd edilməlidir ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır. Əmlak Məsələləri Dövlət Komitəsi gündəlik olaraq torpaqların istifadəsi və mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirəcək".
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Goranboydakı mövqelərini atəşə tutub
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
- Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb