Azərbaycanda vəzifəli şəxs həbs edildi
17:05 18 Oktyabr 2018
Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Yalama" Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az oxu.az-a istinadən bildirir ki, o, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir.
Belə ki, "Yalama" Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə "Samur" Gömrük postuna ezam olunub.
Burada o, 5 milyon 539 min manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.
Bu yolla M.Novruzovun qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.
Onun barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbiri seçilib.
M. Novruzovun cinayət işi materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 826
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib