Əfqanıstanda terror aktı - Parlament seçkiləri təxirə salındı


18:28     19 Oktyabr 2018 2018/10/1539953520_1539955942.jpg

Əfqanıstanın Qəndahar vilayətində ABŞ hərbi nümayəndələri ilə vilayət qubernatorunun görüşü zamanı törədilən terror aktından sonra ölkədə keçiriləcək parlament seçkiləri təxirə salınıb.

Belə ki, Əfqanıstan hökuməti parlament seçkilərinin keçirilmə tarixini bir həftə sonraya təxirə salıb. Xatırladaq ki, Əfqanıstanın Qəndəhar şəhərində ABŞ hərbi nümayəndələri ilə görüş zamanı cangüdənlərin birinin atəş açması nəticəsində vilayətin polis rəisi və “Taliban”la mübarizədə öndə gedən simalardan biri Əbdül Rəzzaq həyatını itirib, vilayət rəhbəri Zəlmani Vəsa yaralanraq xəstəxanaya yerləşdirilib. Qəndahar kəşfiyyat idarəsinin rəhbəri Əbdül Mumin aldığı yaralardan sonra həyatını itirib. ABŞ və NATO-nun Əfqanıstandakı rəsmisi Ostin Millerin isə xəsarət almayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 364