İçdi, sonra tanışının maşınını qaçırdı


22:21     19 Oktyabr 2018 2018/10/56DF467A-AB6C-4A90-9F6D-4F8CC786D608_1539973392.jpeg

İçib, oğurlayıb və həbsxanaya düşüb. Polis əməkdaşları Bakıda "Mercedes" qaçıran kişini tutublar.

Femida.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Nizami RPİ-nin 25-ci polis bölməsinin əməkdaşları kişini oğurladığı 90 HM 25 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə birlikdə 18 oktyabr saat 18:30-da Tbilisi prospektində, 27 saylı yaşayış binasının qarşısında saxlayıblar.

Məlum olub ki, saxlanılan şəxs əvvəllər oğurluq üstündə AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olmuş Bakı sakini, 1987-ci il təvəllüdlü Ağacanov Roman Oruc oğludur.

Araşdırma zamanı məlum olub ki, Ağacanovun oğurladığı avtomobil onun tanışı, 1964-cü il təvəllüdlü Həsənov Yunis Şəmistan oğluna məxsusdur. Ağacanov maşını oğurlayarkən sərxoş vəziyyətdə olub. Hadisə oktyabrın 16-da baş verib. Həsənovun maşını Azər Manafov küçəsindəki 23/47 nömrəli yaşayış binasının qarşısından oğurlanıb. Ağacanov oğurluq avtomobildə iki gün gəzib. Lakin Roman Ağacanovun oğurluq maşınla bağlı romantikası cəmi iki gün - polis onu saxlayana qədər çəkib.

Femida.az

Açar sözlər:

Oxunub: 333


Oxşar xəbərlər