Sahibkarlarla görüş keçirilib

Sahibkarlarla görüş keçirilib


12:18     20 Oktyabr 2018 2018/10/0001-1540022579_1540023535.jpg

Oktyabrın 19-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki və bitkiçilik məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Femida.az xəbər verir ki, görüşdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bitki mühafizə vasitələrini müşaiyət edən sənədlərin zəruriliyi sahibkarların diqqətinə çatdırılıb.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyini vurğulayan Agentliyin sədr müavini Rəşad Mafusov sahibkarları prosesdə aktiv iştirak etməyə dəvət edib.

Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi, işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və idxalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.

Femida.az

Açar sözlər:

Oxunub: 160