Azərbaycanda qadın hakim istefa verdi
13:23 22 Oktyabr 2018
Yasamal rayon məhkəməsinin hakimi istefa verib.
Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.
MHŞ-nin növbəti iclasında xanım hakimin ərizəsinə baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, 37 yaşlı A.Mirzəzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində, daha sonra isə 3 il ərzində Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib. Son 5 ildə də hakim kimi fəaliyyət göstərib.
Femida.az
Oxunub: 6579
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib