Dərbənddə 3 azərbaycanlı faciəli şəkildə öldü


11:47     23 Oktyabr 2018 publika.az1440574962Meyit.jpg

Dərbənd şəhərində tikilən hündürmərtəbəli binanın yaxınlığında üç nəfərin cəsədi aşkar edilib.


Femida.az xəbər verir ki, Dərbəndin hüquq-mühafizə orqanlarından “TASS”-a verilən xəbərə görə, onların hündürlükdən yıxılaraq həlak olduqları ehtimal olunur.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, hadisənin təfərrüatları müəyyən edilir. Qeyd olunub ki, ölənlər Azərbaycan vətəndaşlarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 740