Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
15:58 23 Oktyabr 2018
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, cari ilin doqquz ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan şəxslərin sayı 497 nəfər təşkil edib ki, onlardan 482-si (96,9 faiz) Azərbaycan vətəndaşı, 15-i (3,1 faiz) isə əcnəbilərdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan Femida.az-a verilən məlumata görə, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci il oktyabrın 1-dən 2018-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb.
Onlardan 7014-ü Azərbaycan vətəndaşı, 235-i isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 5271-i kişi, 1978-ü qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2262-si nəfər dispanser qeydiyyatındadır. 2018-ci il oktyabrın 1-dək antiretrovirus terapiyaya (ART) cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil edib. Onların da 1901 nəfəri inyeksion narkotik istifadəçisi (İNİ) olub. Cari ilin doqquz ayında isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində inyeksion narkotik istifadəsi aşkarlanıb.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib