Gəncədə bıçaqlanma


09:11     25 Oktyabr 2018 bicaq.jpg

Gəncə şəhərində yerli sakin bıçaqlanıb.

Femida.az "Report"a istinadən bildirir ki, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Adıgözəlov Elçin Fəxrəddin oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Cərrahiyyə əməliyyatı olunan E.Adıgözəlovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 313