Aprel qazisinin vəziyyəti kəskin pisləşdi


13:00     25 Oktyabr 2018 18_10_25_1540458099.jpg


Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə EGE Hospitalın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli məlumat yayıb. O bildirib ki, qazi təcili olaraq Hospitala yerləşdirilib:

"Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi hazırda EGE Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri Neyrocərrah Dos. Dr. Özkan Tehli və Anestezioloq-Reanimatoloq Uzm. Dr. Serkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir".

Femida.az

Açar sözlər: #aprel_döyüşü   #qazi   #ordu   #Qarabağ   #Müdafiə  

Oxunub: 1235