Hacı İbrahim Nehrəmlinin qardaşının ibtidai istintaqı başa çatdı
18:11 25 Oktyabr 2018
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun ibtidai istintaqı başa çatıb.
Femida.az report-a istinadən xəbər verir ki, zərərçəkmiş və nümayəndəsi artıq cinayət işi ilə tanış olub.
Cinayət işi yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Oxunub: 404
Oxşar xəbərlər
- Hacıqabul sakini bıçaqlanıb
- Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranların məhkəməsi başlayıb
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabul sakini itkin düşüb
- Hacı İbrahim Nehrəmlinin qardaşına növbəti dəfə hökm oxunub
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib