Rumıniyada 5,6 bal gücündə zəlzələ olub


12:33     28 Oktyabr 2018 zelze%20444.jpg

ABŞ geologiya xidmətinin məlumatına görə, Rumıniyada 5,6 bal gücündə zəlzələ olub.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, zəlzələ Comandau kommunasından 12 kilometr cənub-şərqdə Kovasna dairəsində baş verib. Zəlzələ ocağı yerin 148 kilometr dərinliyində yerləşib.

İnsan tələfatı və mümkün dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 441