"Türkiyə və İranın Qarabağ münaqişəsinə görə..." - Məmmədyarov


17:05     30 Oktyabr 2018 elmar_memmedyarov_04.jpg

"İstanbul bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də öz əksini tapıb. Biz açıq şəkildə bəyan etdik ki, beynəlxalq normalara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zəruridir və bu məsələ həllini tapmalıdır".


Femida.az Report-a istinadən xəbər verir ki, bunu İstanbulda Azərbaycan, Türkiyə, İran xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat kofransında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov vurğulayıb ki, üç ölkənin XİN başçılarının iştirakı ilə keçirilən altıncı görüş məhsuldar olub: “Müzakirələrin yekununda birgə bəyannamə qəbul edik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verdikləri dəstəyə görə Türkiyə və İrana təşəkkürümü bildirirəm. Bu bizim üçün çox önəmlidir".

XİN başçısının sözlərinə görə, üçtərəfli görüşdə müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb: "Çünki, Türkiyə, Azərbaycan və İran bölgədə tarixi kökləri olan ölkələrdir və bizim hər sahədə daha sağlam və düzgün qonşuluq siyasətimiz var.

2016-2018-ci illəri əhatə edən üçtərəfli fəaliyyət planında olan bir çox məslələri yenidən gözdən keçirdik. Hazırda Azərbaycan, Türkiyə və İran enerji və nəqliyyat sahəsində nəhəg lahiyələr həyata keçirir. “Cənub-Qərb”, “Şimal-Cənub” marşrutlarında üç ölkənin tranzit imkanlarından istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bizim üçün böyük uğurdur. Bundan başqa Rəşt-Astara dəmir yolunun fəaliyyəti də bölgəyə yeni nəqliyyat dəhlizi qazandıracaq. Əgər biz buna nail olsaq bir şəbəkə halında dəmir yollarını birləşdirmiş olacağıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 286