Ərdoğanın pilotu faciəvi şəkildə öldü


16:06     04 Noyabr 2018 18_11_04_1541333268.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti təyyarəsinin pilotu Sərdar Halil Girgin yol qəzasında həlak olub.

Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, pilot Erəğli rayonunda idarə etdiyi motosikletlə qəzaya uğrayıb.

Qeyd edək ki, Sərdar Halil Girgin 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edib. “Boeing 777” təyyarəsi ilə həyata keçirilən bu səfər Türk Hava Yollarının tarixində uzunmüddətli uçuş kimi rekord qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 568