Ağstafada faciəli ölüm - Yeniyetmə at arabasının altında qaldı


10:32     05 Noyabr 2018 at%20arabasi.jpg

Ağstafa rayonunda yeniyetmə at arabasının altında qalaraq ölüb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsinin ərazisində baş verib.

Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü Famil Tahir oğlu İbrahimov hərəkətdə olan at arabasından yıxılaraq arabanın təkərinin altında qalıb. Ağır bədən xəsarətləri alan F.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1036