Dövlət büdcəmiz müzakirə olunur
11:17 05 Noyabr 2018
Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfi müzakirə olunur.
a href="http://www.femida.az">Femida.az xəbər verir ki, "2019-cu il dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılıb.
İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, komitə sədrləri və digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihə parlamentin plenar iclasına çıxarılacaq. Layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.
Femida.az
Oxunub: 413
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib