Nazir pensiyaçılara xoş xəbər açıqladı


17:42     05 Noyabr 2018 2018/11/417346408_1541425453.jpg

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır.


"Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Nazir Sahil Babayev əmək bazarında gözlənilən yenilikləri açıqladı
Nazir bildirib ki, 2019-cu ildə əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq: "Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat, yaşa görə əmək pensiyanın orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir".

Onun sözlərinə görə, gələn il pensiya alanlar təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alan 571 min nəfər olaraq proqnozlaşdırılır.


Femida.az

Açar sözlər:

Oxunub: 1659