Aliment borcuna görə qayınatasını öldürən şəxsdən qəribə AÇIQLAMA
22:39 07 Noyabr 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Femida.az Trend-ə istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs S.Şabanov ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, bir müddət əvvəl həyat yoldaşı ilə ayrılıb və məhkəmə ona övladına görə aliment kəsib: "Hər ay aliment verə bilmirdim. 6 min manat aliment borcum vardı. Borca görə məhkəmə icra şöbəsindən çağırdılar. Keçmiş qayınatam məndən şikayət etmişdi. İcraçıların yanına getdim. Qayınatam də ordaydı. Mübahisə elədik və çıxıb evə getdim. Məsələni aydınlaşdırmaq üçün axşam yenə onunla görüşdük. Söhbətimiz düz gəlmədi, mən də onu vurdum".
Proses noyabrın 7-də davam edəcək.
İttihama görə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Femida.az
Oxunub: 510
Oxşar xəbərlər
- Aliment borcuna görə axtarışa verilən şəxslərin sayı açıqlanıb
- Aliment ödəməyən ata həbs olundu - VİDEO
- Alimenti ödəyə bilməyən 38 kişi barəsində cinayət işi başlanılıb
- Aliment və icra borclarını ödəmək "ASAN"laşdı
- Aliment verməyən kişilərlə bağlı YENİ TƏKLİF
- Aliment hansı hallarda tutulur? - ŞƏRH
- Aliment borcunu ödəyə bilməyən kişi özünü öldürdü - Sumqayıtda DƏHŞƏT
- Aliment ödəməməyin cəzası - HÜQUQİ ŞƏRH
- Aliment ödəməyən kişi müəllim dərs zamanı həbs edildi - VİDEO
- Alimentə görə qayınatasını qətlə yetirən şəxsə 18 il həbs cəzası