23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb
09:07 11 Noyabr 2018
Abşeron sakini içdiyi dərmandan zəhərlənərək dünyasını dəyişib.
Hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü İsmayılova Leyla Musa qızı müalicəsi üçün dərman qəbul edib. O, bir qədər sonra özünü yaxşı hiss etməyib. Yaxınları qadının vəziyyətinin ağırlaşdığını gördükdə onu dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, L.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.
23 yaşlı qadının dərmandan zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. (Report)
Femida.az
Oxunub: 398
Oxşar xəbərlər
- 23 marşrutun hərəkəti müvəqqəti dəyişdiriləcək
- 23 nəfərin müqaviləsiz işlədiyi aşkarlandı
- 237 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb
- 2315 nəqliyyat vasitəsi geri qaytarılıb - DİN
- 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
- 23500 nəfər orduda könüllü xidmət etmək istəyir
- 23 inzibati ərazidə 4 585 307 tibbi xidmət göstərilib
- 23 minə yaxın hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
- 23 saylı məntəqədə baş verənlər ciddi araşdırılacaq
- 233 nəfər vəkilliyə imtahan verir - CANLI YAYIM