Dağdan yıxılıb ölən şəxslə bağlı - Rəsmi açıqlama

Dağdan yıxılıb ölən şəxslə bağlı - Rəsmi açıqlama


14:39     12 Noyabr 2018 yixilib%20meyit.jpg

Noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 10-da saat 19 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən C.Kərimovdan “TOZ” markalı, E.Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 200