Kəmaləddin Heydərovla Baba Rzayev yanğın olan stansiyada (FOTO)


19:35     13 Noyabr 2018 18_11_13_1542123408.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və "Azəreneji"nin rəhbəri Balababa Rzayev Şüvalan qəsəbəsində yanğın baş verən Şimal Elektrik Stansiyasına baş çəkiblər. Bu barədə FHN məlumat yayıb.

Femida.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatordakı yanğın söndürülüb.


Açar sözlər:

Oxunub: 9088