İki balıqçı cərəyan vurması nəticəsində öldü - Qazaxda
21:49 13 Noyabr 2018
Qazax rayonunda iki nəfər balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Femida.az bildirir ki, Qazax rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Qazax rayonu, Abbasbəyli kənd sakinləri Elmar Fərman oğlu Abdullayev və İlkin Əli oğlu Vəliyev "Coğazçay" su anbarından ayrılan sutullayıcı hidrotexniki qurğunun enerjini ayıran hissəsində yanacaqla işləyən generator vasitəsilə balıq tutan zaman onları elektrik cərəyanı vuraraq öldürüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər elektrik cərəyanından istifadə etməklə qanunsuz olaraq balıq tutub və balıq ehtiyatlarına 1012 manat ziyan vurublar.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) və 256.3-cü (Mütəşəkkil dəstə tərəfindən balıqları və başqa su heyvanlarını qanunsuz tutma) maddələri ilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 362
Oxşar xəbərlər
- İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- İki aydır komada olan hərbçi vəfat etdi
- İki gündə toylara görə 16 nəfər cərimələnib
- İki nazirlik Yardımlıdakı yanğınla bağlı məlumat yaydı
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
- İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak oldu
- İki nəfər evdə halsız vəziyyətdə tapıldı
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM