İranda iki nəfər edam olundu -FOTO
11:29 14 Noyabr 2018
İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunublar.
Femida.az İran KİV-inə istinadən xəbər verir ki, İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib.
Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib.
Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar.
Qeyd edək ki, İran Məhkəmə Sisteminn sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejeyi yerli televiziyaya müsahibəsində “dünyada korrupsiya yaymaqda” şübhəli bilinən ölkənin 3 vətəndaşı barəsində edam hökmü çıxarıldığını bildirmişdi.
Oxunub: 1272
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub