“Martirosyan Bakıda istədiyi işlə məşğul ola bilər”


19:30     13 Oktyabr 2015 mart5.jpg

“Ermənistandan qaçaraq Azərbaycana sığınan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vahan Martirosyan Bakıda işləmək istəyir”.


Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, V.Martirosyan rəssam, onun həyat yoldaşı isə ssenaristdir:

“Yəqin ki, onlar Azərbaycanda bir iş tapa biləcəklər”. Buna rəğmən erməni QHT-çinin Azərbaycanda işləmək niyyəti sosial şəbəkələrdə ciddi tənqid atəşinə tutulub. Buna narazılığını ifadə edənlər iddia ediblər ki, düşmən ölkənin vətəndaşına Bakıda sərbəst iş şəraitinin yaradılması bir sıra problemlərə səbəb ola bilər.

Qeyd edək ki, Martirosyan öz ölkəsində rəssam olmaqla yanaşı, həm də hüquq müdafiəçisi və jurnalist kimi fəaliyyət göstərib.

Məsələni şərh edən tanınmış hüquq müdafiəçisi, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib MƏMMƏDOV AİM.Az-a erməni QHT-çinin Azərbaycanda işləməsinə etiraz etməyib və səbəblərini belə açıqlayıb:
“Biz elə xalqıq ki, istənilən millətlə yola gedirik. Amma bu, bir az başqa məsələdir. Söhbət torpaqlarımızı işğal etmiş Ermənistan vətəndaşından gedir. Amma həmin insan bizə sığınıb. Biz qafqazlılar düşmənə belə yeri gələndə qucaq açırıq. Təəssüflər olsun ki, ermənilər qafqazlılar amilinə xilaf çıxdılar. Amma azərbaycanlıların qonaqpərvərliyi dünya xalqlarına hər zaman nümunə olub. Mən bilmirəm, Martirosyan Bakıda hansı işdə çalışmaq istəyir. Əgər səmimidirsə, istənilən işlə məşğul ola bilər. Çünki onun fəaliyyəti erməni yalanlarının ifşa olunmasında Azərbaycana fayda verər və təbliğatımıza dəstək olar. Ermənilər hər zaman iddia edirlər ki, guya, azərbaycanlılar onlara nifrət edir və s. Erməni QHT-çi bu cür yalanların dağıdılmasına töhfə verə bilər”.

Açar sözlər:

Oxunub: 870


Oxşar xəbərlər